İtaliya A Seriyasında yay transfer pəncərəsinin ən diqqətçəkən keçidlərindən biri rəsmiləşib.
Offsideplus.az xəbər verir ki, "Roma" ilə müqaviləsi başa çatan Türkiyə millisinin sağ cinah müdafiəçisi Zeki Çelik rəsmən "Yuventus"un heyətinə qoşulub.
Məlumata görə, 29 yaşlı futbolçu Turin nəhəngi ilə 3 mövsümlük rəsmi müqavilə imzalayıb. Transfer azad agent statusu ilə (pulsuz) reallaşdığı üçün "Yuventus" bu keçid qarşılığında "Roma" klubuna hər hansı bir təzminat ödəməyib.
Artıq yeni klubu ilə müqaviləyə imza atan Zeki Çelik yaxın günlərdə komandanın düşərgəsinə qoşularaq yeni mövsümün hazırlıqlarına başlayacaq.


