"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) klubuna qarşı keçirəcəyi hər iki qarşılaşmanın hakim təyinatları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, komandaların Bakıdakı ilk görüşünü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi aolacaq. Ona həmyerliləri Ciovanni Baççini və Alessandro Lo Çiçero köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək. VAR otağında Valerio Marini, AVAR-da isə Federiko La Penna əyləşəcək.
Sofiyadakı cavab qarşılaşması isə Belçika briqadasına tapşırılıb. Görüşün baş hakimi FIFA referisi Bram Van Drişşe olacaq. Yan xətt hakimləri qismində Mişel Seldreyers və İv De Neve çıxış edəcəklər. Kevin Van Damme dördüncü hakim, Bert Put VAR, Vesli De Kremer isə AVAR hakimi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Qarabağ" – ÇSKA cütünün ilk oyunu iyulun 23-də Bakıda, cavab matçı isə iyulun 30-da səfərdə baş tutacaq.


