"Kəpəz" komandasının baş məşqçisi Azər Məmmədovun məşqçilər korpusunda yer alacaq köməkçilərin adları məlum olub.

Offsideplus.az Gəncə təmsilçisinin rəsmi açıqlamasına istinadən xəbər verir ki, yeni mövsümdə baş məşqçinin rəhbərliyi altında aşağıdakı mütəxəssislər fəaliyyət göstərəcəklər:

Etibar İbrahimov – köməkçi məşqçi

İlkin Verdiyev – köməkçi məşqçi

Vüqar Məmmədov – qapıçı məşqçisi

Kərim Diniyev – fiziki hazırlıq üzrə məşqçi

Fərid Məmmədov – analitik məşqçi

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək.