İtaliya millisində baş məşqçi postuna kimin gətiriləcəyi ilə bağlı gözlənilən xəbər rəsmiləşmək üzrədir.
Offsideplus.az xəbər verir ki, İtaliya Futbol Federasiyasında rəhbər vəzifə tutan Paolo Maldini milli komandanın sükanı arxasına Andrea Pirlonu gətirməyi seçib.
İtaliya Milli Olimpiya Komitəsinin (CONI) prezidenti Covanni Malaqo məsələni yekunlaşdırmaq və detalları qiymətləndirmək üçün "Yuventus"un sabiq baş məşqçisi ilə görüşəcək.
Milli komanda ilə bağlı yekun qərarın növbəti həftənin əvvəlində açıqlanacağı gözlənilir.


