ABŞ prezidenti Donald Tramp DÇ-2026-nın İspaniya – Argentina finalı öncəsi növbəti dünya çempionatlarının da ölkəsində keçirilməsini istədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino ilə bu barədə danışdığını deyib.
“İnfantinoya dedim ki, dünya çempionatını yenidən ABŞ-da keçirməliyik. Bu dəfə Kanada və Meksikanı kənarda qoyaq. Baxmayaraq ki, onların namizədliyə daxil edilməsində çox nəzakətli davranmışdım. Ona dedim ki, turniri yenidən bizə versəniz, sonra isə növbəti mundialı başqa ölkəyə həvalə etsəniz, bu, insanların qəzəbini, nifrətini və gərginliyini azaldar”.


