İki mövsümlük fasilədən sonra “Neftçi” avrokuboklarda ilk matçına çıxacaq. Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “ağ-qaralar”ın rəqibi Belarusun paytaxtını təmsil edən - Minsk “Dinamo”sudur.
1927-ci ildə yaranan klub 22 min yerlik “Dinamo Stadionu”nda ev oyunlarını keçirir. 9 dəfə Belarus çempionu olan “Dinamo” 1982-ci ildə SSRİ birinciliyinə də sevinib.
Gənc futbolçulardan təşkilatlanmış heyətləri var. Yaş ortalaması 24.4-dür. Heyətdə cəmi 6 legionerləri var. Komandanın 8.35 milyon “transfermarkt” dəyəri var. Ən bahalı futbolçu isə erməni əsilli belarus Karen Vardanyandır.
Görüş 22 iyul saat 20:00-da “Neftçi Arena”da start götürəcək.


