Bu gün "Neftçi" komandası azarkeşlər və media nümayəndələri üçün açıq məşq keçirib. Klubun icraçı direktoru Cenk Sümer media önünə çıxıb.
Offsideplus.az xəbər verir ki ,o, jurnalistlərə açıqlamasında bunları deyib:
"Qarşımıza çempionluq məqsədi qoymuşuq. Klub dəyişiklikdən keçir. Təzə komanda qurmaq bir mövsümdə alınmır. Heyətə yeni oyunçular cəlb olunub. Axtarışlarımız davam edir. "Neftçi"nin 90-cı ilində çempion olmaq istəyirik. Avrokubokda da iddialıyıq. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Buna inanırıq".
Qeyd edək ki, "ağ-qaralar" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Belarusun "Dinamo" klubu ilə üz-üzə gələcək. İlk görüş iyulun 22-i Bakıda olacaq.


