FIFА-nın qlobal futbolun inkişafı şöbəsinin rəhbəri Arsen Venger tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən DÇ-2026 barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis yeni formatın özünü doğrultduğunu bildirib:
"48 komandaya keçid çoxlu suallar doğururdu. Şəxsən mən hesab edirəm ki, etik baxımdan bu, zəruri idi, çünki bütün konfederasiyalar eyni dərəcədə təmsil olunmurdu. Bəzilərinin səviyyəsinin yetərli olub-olmaması ilə bağlı şübhələr var idi, lakin cavablar meydanda verildi. Həmin komandalar nəinki özlərini sübut etdilər, həm də bizə möhtəşəm oyunlar bəxş etdilər.
Əlbəttə, hər kəsin yadına dərhal Kabo-Verde düşür, lakin digər ölkələr də var idi. Turniri analiz etsək görərik ki, komandalar arasındakı səviyyə fərqi getdikcə azalır".


