"Real Madrid" klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri ilə yenidən yaxından maraqlanmağa başlayıb. 

Offsideplus.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "kral klubu" təcrübəli oyunçunu transfer etməyə cəhd göstərə bilər. İspaniya qrandının baş məşqçisi Joze Mourinyo hesab edir ki, Rodri onun komandasında oynamaq üçün lazımi keyfiyyətlərə malikdir.

Madrid təmsilçisi 30 yaşlı futbolçunun İspaniya millisinin heyətində DÇ-2026-dakı çıxışını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, "Mançester Siti"nin yarımmüdafiəçisi gələcək karyerası ilə bağlı məsələni İspaniya yığmasının finalda (19 iyul) oynayacağı DÇ-2026-dan sonra müzakirə edəcəyini bildirmişdi. O, dünya çempionatında 7 matçda meydana çıxıb. Futbolçunun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.