ABŞ-nin "MetLife" stadionunda İspaniya və Argentina milliləri arasında keçiriləcək Dünya Çempionatının böyük final matçının fasilə müddəti ətrafında yaranan müzakirələrə FİFA son qoyub.

Offsideplus.az xəbər verir ki, şou proqramın qurulması səbəbindən fasilənin 25-30 dəqiqə çəkəcəyi və futbolçuların sağlamlığına mənfi təsir edəcəyi barədə yayılan iddialardan sonra qurum rəsmi qərarını hər iki ölkənin futbol federasiyasına çatdırıb.

Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) müəyyən etdiyi maksimum 15 dəqiqəlik standart fasilə qaydasına tam riayət etmək mümkün olmasa da, FİFA yekun müddəti 17 dəqiqə olaraq təsdiqləyib. Vaxtın bölünməsi isə belə müəyyən edilib:

  • Səhnənin qurulması və sökülməsi: Cəmi 6 dəqiqə (3 dəqiqə qurulma, 3 dəqiqə sökülmə).

  • Musiqili şou: Dəqiq olaraq 11 dəqiqə.

Bu qərarla FİFA futbolçuların uzun müddət hərəkətsiz qalaraq əzələ zədələri yaşaması riskinin (inaktivlik problemi) qarşısını almağı hədəfləyib.

"Coldplay" qrupunun solisti Kris Martinin bədii rəhbərliyi (kuratorluğu) ilə hazırlanan ilk "Super Boul" tərzindəki bu tarixi şouda dünya musiqisinin ən böyük ulduzları eyni səhnəni bölüşəcək:

  • Şakira və Burna Boy — Turnirin rəsmi himni olan "Dai Dai" mahnısını ifa edəcəklər.

  • Castin Biber, Madonna və BTS — Şounun əsas ulduzları qismində səhnə alacaqlar.

  • Qustavo Dudamel — Nyu-York Filarmonik Orkestri ilə birlikdə çıxış edəcək.

Qeyd edək ki, "Qlobal Vətəndaş Təhsili Fondu"na (Global Citizen Education Fund) dəstək məqsədilə keçirilən bu möhtəşəm tədbirdə ulduzlar heç bir qonorar almadan, tamamilə ödənişsiz çıxış edirlər.