"Qızıl Top" (Ballon d'Or) mükafatı ilə bağlı yerləşdirilən mərclərdə böyük dəyişiklik baş verib.

Offsideplus.az xəbər verir ki, təqdim olunan son rəsmi göstəricilərə əsasən, İspaniya millisinin və "Barselona" klubunun ulduzu Lamine Yamal artıq rəqiblərini kəskin şəkildə qabaqlayaraq siyahının bir nömrəsinə çevrilib.

Polymarket investorları və idman analitiklərinin səsvermə faizlərinə əsasən mükafat uğrunda yarışda son vəziyyət belədir:

  • Lamine Yamal — 51%  Cəmi 19 yaşı olmasına baxmayaraq, möhtəşəm mövsüm keçirən gənc ulduz 51%-lik səslə qalan bütün rəqiblərini geridə qoyub və "Qızıl Top"u qazanmağa ən yaxın namizəddir.

  • Harri Keyn — 27%  "Bavariya" və İngiltərə millisinin bombardiri Harri Keyn 27%-lik proqnoz şansı ilə ikinci sırada qərarlaşıb.

  • Lionel Messi — 8% Karyerasında 8 dəfə bu mükafatı muzeyinə aparan əfsanəvi kapitan Lionel Messinin bu il qalib gəlmək şansı cəmi 8% olmaqla qiymətləndirilir.

  • Kilian Mbappe — 4% "Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappe isə turnirin ən sərrast oyunçusu olmasına baxmayaraq, 4%-lik kiçik bir şansla dördlüyü qapayır.