"Mersedes"in pilotu Andrea Kimi Antonelli pouldan başladığı Spa yarışını birinci sırada başa vurub.

Offsideplus.az xəbər verir ki, italyan sürücü pit-stoplar zamanı liderliyi əldən versə də, daha sonra "Ferrari"nin pilotu Şarl Lekleri geridə qoyaraq yenidən birinci pilləyə yüksəlib. "Red Bull"un sürücüsü Maks Ferstappen isə finişə üçüncü çatib.

Antonellinin komanda yoldaşı Corc Rassel isə ilk dövrədə "Ferrari"nin pilotu Lyuis Hemiltonla təmasdan sonra mübarizəni vaxtından əvvəl dayandırmalı olub.

Hemilton özü isə yarışı 4-cü başa vurub. İlk beşliyi "Maklaren"dən Oskar Piastri tamamlayıb.

F1 həyəcanı növbəti həftəsonu Macarıstanda davam edəcək.