2026 dünya çempionatı turnirinə bu gecə yekun vurulur.

Offsideplus.az xəbər verir ki, finalda İspaniya və Argentina milliləri qarşılaşır.

Finalla bağlı ən maraqlı məqamlardan biri isə bu turnirin finalındakı komandaları bir izləyicinin 5 il öncədən təxmin etməsi və bu təxminin doğru gəlməsidir.

Əgər onun hesab təxmini də düz gələrsə, bütün dünyanın heyrətlənəcəyi məqam ortaya çıxacaq. Həmin şəxs oyunun 3:2 hesabla başa çatacağını qeyd edib.

Hətta, döyüş dünyasının əfsanəsi olan Konor Makqreqor da sırf bu izləyicinin rəyinə görə İspaniyanın qələbəsinə 100 min dollar mərc edib.