"Yuventus" "Monako"nun və ABŞ millisinin hücumçusu Folarin Baloqunu transfer etmək yarışında ön sıraya çıxıb.
Offsideplus.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı forvardın DÇ-2026-dakı uğurlu çıxışından (3 qol) sonra ona olan maraq kəskin şəkildə artıb.
Knyazlıq təmsilçisi futbolçunun satışı üçün sərt maliyyə şərtləri qoyub və onu 50 milyon avrodan aşağı məbləğə buraxmaq niyyətində deyil.
İtaliya qrandı ilə yanaşı, Dortmund "Borussiya"sı və "Sanderlend" də amerikalı hücumçunun transferi ətrafındakı vəziyyəti diqqətlə izləyir.
Qeyd edək ki, arxada qalan 2025/2026 mövsümündə Folarin Boloqun bütün turnirlərdə 43 matçda meydana çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


