"Çelsi" klubu "Kristal Pelas"ın müdafiəçisi Maksans Lakraunın transferi üçün rəsmi danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, fransalı futbolçu Londonun digər nəhəngi "Arsenal"ın da transfer siyahısında yer alıb.
Bu barədə insayder Ben Ceykobs məlumat yayıb.
"Kristal Pelas" 26 yaşlı mərkəz müdafiəçisinin sərbəstqalma qiymətini təxminən 55 milyon funt-sterlinq dəyərində qiymətləndirir.


