Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabio DÇ-2026-nın bürünc medal uğrunda matçında İngiltərəyə 4:6 hesabı ilə uduzduqları oyundan sonra sərt açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, ilk hissədən sonra 0:4 geridə qalan fransızların heyətində 31 yaşlı futbolçu bəzi komanda yoldaşlarının yanaşmasını tənqid edib və yığmadan ayrılan baş məşqçi Didye Deşam barədə danışıb:

"İlk hissəyə sadəcə rüsvayçı başladıq. Bəzi futbolçularda bu səviyyəli oyunlara yaraşmayan elə bir münasibət gördüm ki, karyeram boyu belə şeylə rastlaşmamışdım. Yarımfinalda "İspaniya"ya uduzmaq ağrılı olsa da, bu matçda belə arxayınlaşmağa haqqımız yox idi. Fasilədə danışıb xarakter göstərdik, ikinci hissədə oyunumuz düzəldi, lakin ilk yarıdakı yanaşma tamamilə qəbuledilməz idi.

Hər kəs məşqçilər korpusunun haqqını verməlidir. Onlar böyük işlər gördülər və bu komandanı yenidən zirvəyə qaytardılar. Deşamın qələbə ilə getməsini istərdik, lakin bu məğlubiyyət onun idman ictimaiyyəti və fransızların gözündəki nüfuzuna kölgə sala bilməz".