Braziliya millisinin sabiq hücumçusu Ronaldo dünya çempionatının final oyununun favoritinin adını açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, əfsanəvi futbolçu "buğalar"ın qələbəsinə inandığını gizlətməyib:

"İspaniya qalib gələcək, həm də asanlıqla. Onlar Fransa ilə birlikdə turnirin əvvəlindən favorit idilər.

İspaniya möhtəşəm futbol nümayiş etdirir. Bu, onların DNT-sində var. Uşaqlıqdan, uzun illərdir ki, məhz bu üslubda oynayırlar".

Qeyd edək ki, Dünya Kubokunun finalı - İspaniya - Argentina oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.