Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın bürünc medal uğrunda matçında İngiltərəyə 4:6 hesabı ilə uduzduqları oyundan sonra istefa verib.
Offsideplus.az xəbər verir ki, bu məğlubiyyət təcrübəli mütəxəssisin yığmadakı 14 illik vəzifə müddətinin sonu olub.
İlk hissədə 0:4 hesabı ilə geridə qalan, lakin ikinci yarıda geri dönüş etməyə çalışan fransızların bu cəhdi Deşamın komandanın başındakı 185-ci və son oyununda məğlubiyyətdən qaçmağa kifayət etməyib. 57 yaşlı mütəxəssis vida matçını belə şərh edib:
"Məğlub olduq, çünki ilk hissədə 0:4 geriyə düşdük. İlk yarıda qəbuledilməz, biabırçı bir oyun nümayiş etdirdik. İkinci hissədə xarakter göstərdik, hesabı 4:4 etmək üçün iki yaxşı şansımız var idi, lakin irəli atılarkən müdafiədə boşluqlar verdik. İlk hissədə lazım olanı edə bilmədiyim üçün bütün məsuliyyət mənim üzərimdədir, bu, mənim səhvimdir".
Buna baxmayaraq, Deşam turniri ümumilikdə müsbət qiymətləndirib:
"Bura böyük ambisiyalarla gəlmişdik və üçüncü olmaq daha yaxşı olardı. Yarımfinalda "İspaniya" ilə oyunda uğursuzluq yaşadıq, onlar bizə qarşı necə oynamaq lazım olduğunu bilirdilər. Mənəvi cəhətdən isə birlikdə 8 həftəlik gözəl bir macəra keçirdik".


