Oklahomada baş tutan UFC Fight Night 281 turniri yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, gecənin əsas döyüşündə orta çəki dərəcəsində Drikus Dyu Plessi (24-3) və Kamaru Usman (21-5) üz-üzə gəlib. Qarşılaşma Dyu Plessinin hakimlərin yekdil qərarı ilə (50-45, 49-46, 49-46) qələbəsi ilə başa çatıb.
Turnirin ikinci əsas döyüşündə isə Kristian Leroy Dunkan eyni variantla – hakimlərin yekdil qərarı ilə (30:27, 30:27, 29:28) Cared Kannoniye üzərində qələbə qazanıb.
Əsas kardın digər nəticələri isə belədir:
✅Kristian Leroy Dunkan (15-2) — Cared Kannoniye (18-10) / hakimlərin yekdil qərarı ilə;
✅Çeyz Huper (17-5-1) — Mitç Ramires (8-4) / 1-ci raundda boğucu fəndlə;
✅Fatima Klayn (10-1) — Tabata Riççi (12-5) / hakimlərin yekdil qərarı ilə;
✅Tomi Makmillen (11-0) — Alberto Montes (12-2) / 3-cü raundda texniki nokautla.


