Bu gün futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

Offsideplus.az xəbər verir ki, son çempion "Araz-Naxçıvan" gümüş medalçı "Neftçi" İK ilə gücünü sınayıb. Görüş Bakı İdman Sarayında baş tutub. 

Qarşılaşma "ağ-qaralar"ın 5:3 hesablı qələbəsi ilə başa çatıb və Fuad Rzayevin komandası Azərbaycan Kubokunun sahibi olub.

21 may

16:00. Araz-Naxçıvan – Neftçi İK 3:5

Bakı İdman Sarayı

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev

Ehtiyat hakim: İmran Məhərrəmov

Hakim-inspektor: Əfqan Həmzəyev