Tanınmış Azərbaycan karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu, həmçinin Tokioda keçirilən 2020-ci il Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev növbəti dəfə əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə idmançı özü "Instagram" səhifəsində məlumat paylaşıb.

O, bunun artıq 13-cü əməliyyatı olduğunu və onlardan 5-nin dizindən edildiyini qeyd edib.