Ali futbol qurumu FIFA "Sabah" klubunu təbrik edib. 

Offsideplus.az xəbər verir ki, FIFA-nın prezidenti Canni İnfantinonun Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubda “Sabah” klubu Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümünün qalibi olması münasibətilə təbrik olunub.

Məktubun məzmunu aşağıdakı kimidir:

Cənab Rövşən Nəcəf

Prezident

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

 

Sürix. 20 may 2026-cı il

 

“Sabah” FK-ya təbrik

 

Hörmətli prezident,

Bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Sabah” FK-nı təbrik etməkdən məmnunam!

Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.

Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm.

 

Hörmətlə,

Canni İnfantino"