Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünün start tarixi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən yeni mövsüm avqustun 14-də başlanacaq. Bundan əlavə, 2026/27 mövsümü üçün transfer pəncərələri də bəlli olub. 

Yay transfer dövrü 19.06.2026-10.09.2026 (saat 23:59), qış transfer dövrü isə 14.01.2027-10.02.2027 (saat 23:59) tarixlərini əhatə edəcək. 

31 mart 2027-ci il azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.