"Əl Nəsr" klubunu Səudiyyə Ərəbistanı çempionu edın Jorje Jezus oyun sonrasında açıqlama verib.

Offsideplus.az xəbər verir ki, ​təcrübəli portuqaliyalı mütəxəssis gələcək karyerası ilə bağlı iddialara son nöqtəni qoymayıb.

Baş məşqçi mətbuat nümayəndəsinin "Fənərbağça"ya qayıdacaqsınız?" sualına diqqətçəkən cavab verib.

​İstanbul klubuna yenidən dönmək variantını istisna etməyən Jezus bu barədə düşünəcəyini bildirib:

​"Bu, önümdəki ehtimallardan biridir. Düşünəcəyəm... Mövsüm başa çatdı, Portuqaliyaya gedib iki-üç gün istirahət edəcəyəm. Gələn mövsüm üçün hara gedəcəyimi isə yaxın zamanlarda hamımız birlikdə görəcəyik".