Braziliya Futbol Federasiyası ulduz hücumçu Neymarın zədəsi ilə bağlı narahatlıq doğuran məlumatlar əldə edib.
Offsideplus.az xəbər verir ki, Federasiyanın gəldiyi qənaətə görə, futbolçunun baldırındakı zədə yüngül ağrı deyil və onun bərpası üçün "Santos" klubunun son günlərdə açıqladığı müddətdən daha çox vaxt tələb oluna bilər.
Mövcud vəziyyət fonunda Neymarın Dünya Çempionatından əvvəl keçiriləcək yoldaşlıq oyunlarında meydana çıxması real görünmür. Lakin onun gələcəyi ilə bağlı yekun qərar mayın 27-də reallaşacaq genişmiqyaslı tibbi müayinələrdən sonra veriləcək.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti və onun texniki heyəti yaxın günlərdə xüsusi iclas keçirməyi planlaşdırır. İclasın əsas məqsədi Neymarın iyunun 13-də baş tutacaq Dünya Çempionatının ilk oyununa qədər tam hazır olub-olmayacağını müəyyənləşdirməkdir.
Qeyd olunur ki, bu kritik müzakirə mayın 27-dən tez baş tutmayacaq. Məhz həmin tarixdə Neymar və zədədən əziyyət çəkən digər futbolçular həlledici tibbi testlərdən keçəcəklər.


