Türkiyə Superliqasında ardıcıl çempionluqlar qazanaraq yeni mövsüm üçün iddialı heyət qurmaq istəyən "Qalatasaray" klubu ilin ən səs-küylü transfer hədəflərindən birini müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Real Madrid" klubunun fransalı ulduz yarımmüdafiəçisi Eduardo Kamavinqanın transfer şərtləri ilə maraqlanıb.
"Qalatasaray" rəhbərliyi 23 yaşlı futbolçunun şərtləri barədə məlumat almaq üçün rəsmi təmaslar qurub. Sarı-qırmızılılar oyunçunun vəziyyətini yaxından araşdırır.
Bununla belə, İspaniya nəhənginin gənc yarımmüdafiəçini asanlıqla buraxmaq niyyətində olmadığı bəlli olub.
"Real Madrid" klubu Kamavinqa üçün təxminən 80 milyon Avro dəyərində transfer qiyməti təyin edib.



