Avropanın iki nəhəng klubu yay transfer pəncərəsində böyük bir transfer mübarizəsinə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İspaniyanın "Barselona" və "Real Madrid" klubları "Çelsi" klubunun gənc və istedadlı müdafiəçisi Levi Kolvilli heyətlərinə qatmaq üçün hərəkətə keçiblər.
Hər iki klub rəhbərliyi müdafiə xəttini gücləndirmək məqsədilə 23 yaşlı ingilis futbolçunun transfer variantlarını yaxından nəzərdən keçirir.
Həm "Barselona", həm də "Real Madrid" yayda "Çelsi" klubuna rəsmi təklif göndərməyi planlaşdırır. London təmsilçisinin isə komandanın əsas fiqurlarından birinə çevrilən Kolvilli asanlıqla buraxmaq niyyətində olmadığı və bu transfer üçün yüksək məbləğ tələb edəcəyi bildirilir.
Solaxay və çoxşaxəli müdafiəçi olan Levi Kolvillin bu yay karyerasında yeni bir səhifə açaraq İspaniyaya yollanıb-yollanmayacağı idman ictimaiyyətinin diqqət mərkəzindədir.


