"Əl-Nəsr" klubu öz tarixində 10-cu dəfə Səudiyyə Ərəbistanı Pro Liqasının çempionluq kubokunu başı üzərinə qaldırıb.
Offsideplus.az xəbər verir ki, Kriştiano Ronaldu son turda "Damak" klubuna qarşı keçirilən həlledici oyunda dubl edərək komandasını qələbəyə daşıyıb və "Əl-Nəsr" forması ilə ilk liqa çempionluğunu qazanıb.
Bununla da portuqaliyalı superulduzun uzun müddətdir davam edən kubok həsrətinə son qoyulub.
Sarı-göylər turnir cədvəlində son ana qədər gərgin mübarizə apardıqları əzəli rəqibləri "Əl-Hilal" klubunu qabaqlayaraq taxtın yeni sahibi olublar.
Qeyd edək ki, paytaxt təmsilçisi daxili çempionatda sonuncu dəfə 2019-cu ildə qələbə sevinci yaşamışdı.


