"Brügge" səfərdə "Mexelen" ilə 2-2 hesablı heç-heçə edərək tarixində 20-ci, son yeddi ildə isə beşinci Belçika çempionluğunu rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, pley-off mərhələsinin başa çatmasına bir tur qalmış "Brügge" ən yaxın izləyicisi və son çempion "Union Sent-Cilluaz"ın xal itirməsindən maksimum yararlanıb. Belə ki, "Gent" ilə qolsuz heç-heçə edən "Union" liderlə arasındakı 4 xallıq fərqi bağlaya bilməyib.
Bu çempionluq flamand klubuna ardıcıl üçüncü mövsüm Çempionlar Liqasının Liqa mərhələsində oynamaq hüququ qazandırır.
Qeyd edək ki, "Brügge" 2025-ci ildə Avropanın bir nömrəli klub turnirində 1/8 finala qədər yüksəlmişdi. Cari mövsümdə isə pley-off mərhələsinə adlayan komanda, burada gələcək yarımfinalçı "Atletiko Madrid"ə məğlub olaraq mübarizəni dayandırmışdı.


