NBA-də Şərq konfransının final seriyasının ikinci oyununda "Nyu-York Niks" üçüncü periyoddakı möhtəşəm oyunu sayəsində ƏKlivlend Kavalers"ı 109-93 hesabı ilə məğlub edərək seriyada 2-0 önə keçib.

Offsideplus.az xəbər verir ki, matçın qəhrəmanı pley-off karyerasının rekordunu qıraraq 26 xal (5 üçlüklə) toplayan Coş Hart olub.

Komandanın ulduzu Ceylen Branson isə ilk hissədə cəmi 2 xal qazanmasına baxmayaraq, oyunu 19 xal və pley-off karyera rekordu olan 14 məhsuldar ötürmə ilə tamamlayıb.

"Niks"in heyətində həmçinin Mikal Brices 19 xal, Karl-Entoni Tauns isə 18 xal və 13 ribaundla qələbəyə töhfə verib. Seriyanın növbəti iki oyunu şənbə və bazar ertəsi günləri Klivlenddə keçiriləcək.