"Çelsi"nin sabiq futbolçusu Sezar Aspilikueta karyerasını başa vurduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçu bu barədə özü sosial media hesabında paylaşım edib.
O, paylaşımında bunları qeyd edib:
"Bu gün bu mövsümün peşəkar futbolçu kimi karyeramda sonuncu olacağını paylaşmaq istəyirəm. Uzun illər xəyalımı yaşadıqdan sonra həyatımda yeni bir səhifəyə başlamağın vaxtı gəldiyini hiss edirəm.
Bu ana özümü hazırlasam da, bu məktubu yazmaq mənim üçün asan olmadı. 20 mövsüm ərzində karyeramda bir çox insanın böyük rolu olub.
Pamplonada uşaq olarkən məktəb yoldaşlarımla top qovmağa başlayanda, qarşıda məni bu qədər möhtəşəm bir səyahətin gözlədiyini xəyal belə edə bilməzdim. Qələbələrə, ağır məğlubiyyətlərə, çətinliklərə və ən əsası, bu yolda tanış olduğum insanlara, qazandığım dostluqlara görə hər an üçün minnətdaram.
Formasını geyindiyim "Osasuna", "Marsel", "Çelsi", "Atletiko Madrid", "Sevilya" klublarındakı bütün komanda yoldaşlarıma, məşqçilərimə və heyətə, eləcə də ölkəmi ən böyük arenalarda təmsil etmək imkanına görə təşəkkür edirəm. Hər bir an mənim üçün çox dəyərli idi"...
Qeyd edək ki, Azpilukuetanın karyerasının böyük hissəsi "Çelsi" ilə bağlıdır. O, 11 mövsüm "zadəganlar"da çıxış edir. İspaniyalı futbolçu son olaraq "Sevilya"da çıxış edib.


