"Tottenhem"in kapitanı Kristian Romero mövsümün son oyununu buraxaraq Argentinaya qayıtmaq barədə təəccüblü bir qərar qəbul edib.

Offsideplus.az xəbər verir ki, 2025/26 mövsümünün son turuna daxil olarkən Premyer Liqada qalmaq mübarizəsi hələ də kritik həddədir. Roberto De Zerbinin komandası "Everton"a uduzsa və "Vest Hem" "Lids"ə qalib gəlsə, London təmsilçisi növbəti mövsümdə Çempionşipdə çıxış etməli olacaq.

Hazırda zədəli olan kapitan Romeronun klubun son dönəmdəki ən vacib oyununda komandanın yanında olmamaq qərarı böyək təəccüb doğurub.