"Real Madrid"in avstriyalı müdafiəçisi David Alaba İspaniya nəhəngində keçirdiyi 5 mövsümdən sonra komandadan ayrılır.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu bu 5 mövsüm ərzində "Real Madrid" forması ilə ümumilikdə 131 rəsmi oyuna çıxıb və komandası ilə birlikdə tam 11 kubok qazanıb.
Onun "kral klubu"ndakı zəngin kolleksiyasında bu titullar yer alır:
-
2 UEFA Çempionlar Liqası
-
2 Klublararası Dünya Çempionatı
-
2 La Liqa çempionluğu
-
2 UEFA Superkuboku
-
2 İspaniya Superkuboku
-
Kral Kuboku


