Azərbaycan Misli Premyer Liqasının gərgin keçən qarşılaşmalarından biri – "Sumqayıt" və "Qarabağ" komandalarının oyunu tribunalardakı coşğu ilə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, "Mehdi Hüseynzadə" adına Sumqayıt şəhər stadionunda baş tutan matçda azarkeşlər əsl şou göstəriblər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə matçın 42-ci dəqiqəsində, qonaq komanda "Qarabağ"ın 2:0 hesabı ilə öndə olduğu anda tribunalarda alovlu anların yaşandığı əks olunub.
"Qarabağ" azarkeşlərinin yer aldığı 4-cü sektorda yandırılan qırmızı rəngli fişənglər (faerlər) stadiona fərqli bir rəng qatıb.
Azarkeşlərin ara kəsilməyən şüarları fonunda yandırılan pirotexniki vasitələrdən biri qapının düz yanına — meydana tullanıb.
View this post on Instagram


