"İnter Mayami"nin və Argentina millisinin dünya şöhrətli kapitanı Lionel Messi rəsmi olaraq sərvətini 1 milyard dolların üzərinə çıxararaq milyarderlər klubuna daxil olub.

Offsideplus.az xəbər verir ki, maliyyə nəhəngi "Bloomberg"in son hesabatına görə, 38 yaşlı ulduz futbolçu Səudiyyə Ərəbistanı klublarının astronomik müqavilə təkliflərini rədd etməsinə baxmayaraq, bu statusa çatan ilk futbolçu kimi tarixə düşüb. Eyni zamanda Messi futbol dünyasında bu zirvəni fəth edən ən gənc oyunçu ünvanını da əldə edib.

Onun milyarder statusuna yüksəlməsində ABŞ-yə (MLS) transferindən sonra əldə etdiyi unikal kommersiya sövdələşmələri əsas rol oynayıb. Messinin "Apple TV" və "Adidas" ilə yayım hüquqları və gəlir şərikliyinə əsaslanan müqavilələri, həmçinin "İnter Mayami" klubundakı 10%-lik səhm payı onun gəlirlərini sürətlə artırıb. Bununla da o, əbədi rəqibi Kriştianu Ronaldodan sonra futbol dünyasının ikinci rəsmi milyarderi olub.