"Barselona" və İspaniya millisinin əfsanəvi sabiq yarımmüdafiəçisi Andres Iniesta yaşıl meydanlara baş məşqçi kimi geri qayıdır.

Offsideplus.az xəbər verir ki, futbol dünyasının unudulmaz siması karyerasında ilk dəfə məşqçilik fəaliyyətinə başlamağa hazırlaşır.

42 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərini təmsil edən "Qalf Yunayted" klubu ilə tam razılıq əldə edib. Müqavilənin bütün detalları tərəflər arasında yekunlaşıb və yaxın saatlarda rəsmi imzaların atılacağı gözlənilir.

Dünya və Avropa çempionu olan Iniesta, futbolçu karyerasını bitirdikdən sonra məşqçilik lisenziyası dərslərini uğurla başa vurub. O, vaxtilə meydandakı əsas tərəfdaşı olan Xavi Hernandesin yolunu seçərək məşqçilik karyerasına Yaxın Şərqdə start verməyə qərar verib. İspaniyalı əfsanənin "Qalf Yunayted" klubundakı gələcək fəaliyyəti və nümayiş etdirəcəyi oyun fəlsəfəsi indidən bütün futbol ictimaiyyətinin böyük marağına səbəb olub.