Konqo Demokratik Respublikası ölkədəki Ebola epidemiyasına görə DÇ-2026-dan kənarlaşdırıla bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
"Ağ Ev"in dünya çempionatı üzrə İşçi Qrupunun icraçı direktoru Endryu Culiani bildirib ki, hazırda Belçikada toplanışda olan komanda rəsmi turnirə qatılmaq üçün 21 günlük karantindən keçməlidir. Əks halda, onların ABŞ və digər ev sahibi ölkələrə girişi məhdudlaşdırılacaq.
Culiani bu sərt tədbirin infeksiyanın yayılmasının qarşısını almaq və ictimai səhiyyəni qorumaq məqsədi daşıdığını vurğulayıb.
Qeyd edək ki, Konqo DR turnirdə K qrupunda mübarizə aparmalıdır. Onların rəqibləri Portuqaliya, Özbəkistan və Kolumbiyadır.


