Türkiyə Super Liqasının XXVIII turunda "Trabzonspor" "Qalatasaray"ı məğlub edib. 

Offsideplus.az xəbər verir ki, 2:1 hesabı ilə başa çatan oyunda Trabzon təmsilçisinin heyətində Paul Onuaçu və Çibuike Nvaivu fərqlənib. "Cim-Bom"un yeganə qolunu isə Vilfred Sinqo vurub. 

Bununla da çempionluq uğrunda mübarizə gərginləşib. Hazırda "Qalatasaray" 64 xalla liderdir. "Trabzonspor" 63 xalla ikinci yerdə qərarlaşıb. 1 oyun az keçirən "Fənərbağça"nın aktivində isə 60 xal var. 

Oyunda vurulan qolları təqdim edirik: