Futbol üzrə İtaliya milli komandası Bosniya və Herseqovinaya məğlubiyyətinə rəğmən DÇ-2026-ya yollana bilər.
Offsideplus.az "Sport Bible" nəşrinə istinadən xəbər verir ki, buna Orta Şərq və İranda baş verən mübaribələr səbəb ola bilər. Hazırda həm İran, həm də İraq yaşanan konfliklərə rəğmən dünya çempionatında iştirak etməyə qərarlıdır. FIFA prezidenti Canni İnfantino da ötən günlərdə İran və ABŞ arasındakı problemlərdən asılı olmayaraq Birləşmiş Ştatlarda keçiriləcək mundialdakı oyunlarını keçirə biləcəyini bildirib.
İran DÇ-2026-da iştirakdan imtina etsə, FIFA-nın qaydalarının 6.2-ci maddəsinə əsasən onlar "müvafiq seçmə mərhələ pley-offunda birbaşa ikinci yeri tutan və ya həmin konfederasiyadan ən yüksək reytinqi olan namizəd alternativlə" əvəz olunacaqlar. Bu halda həmin ölkənin İraqa uduzmadan əvvəl Asiya üzrə pley-off mərhələsinə yüksələn Birləşmiş Ərəb Əmirlikləri olmalıdır.
Lakin FIFA İtaliya milli komandasına şans verməyi düşünür və qaydaları dəyişməyi planlaşdırır. Belə ki, ali futbol qurumu ən yüksək reytinqli yığmaya DÇ-2026 üçün "qızıl bilet"i təqdim etmək istəyir.


