İtaliya futbolunda yeni bir qalmaqal partlayıb.

Offsideplus.az "La Repubblica" portalına istinadən xəbər verir ki, İtaliya millisinin futbolçuları Bosniya və Herseqovina ilə oyundan əvvəl federasiyadan qələbə üçün xüsusi mükafat tələb ediblər.

Tələb olunan 300 000 avroluq məbləğ heyətdəki 28 futbolçu arasında bölünməli idi ki, bu da hər oyunçu üçün təxminən 10 000 avro deməkdir..

İtaliya Futbol Federasiyası (FIGC) bu tələbi rədd edib.

Maraqlıdır ki, bu maliyyə tələbi fonunda meydana çıxan "skuadra adzurra" Bosniya və Herseqovinaya məğlub olub və ardıcıl 3-cü dəfə Dünya Kubokundan uzaq qalıb.

İtaliya mətbuatı futbolçuların bu addımını həm etik baxımdan, həm də oyunun nəticəsinə görə kəskin tənqid atəşinə tutub.