Braziliya millisinin sabiq üzvü Oskar 34 yaşında ürək problemləri səbəbindən karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı onun çıxış etdiyi "San Paulo" klubu da təsdiqləyib.
Ötən ilin noyabrında tibbi müayinə zamanı huşunu itirən və o vaxtdan bəri meydana çıxmayan yarımmüdafiəçiyə ciddi ürək qüsuru diaqnozu qoyulub. 2027-ci ilə qədər müqaviləsi olmasına baxmayaraq, ulduz futbolçu sağlamlığına görə yaşıl meydanlarla vidalaşmalı olub.
Karyerası ərzində "Çelsi" forması ilə iki dəfə Premyer Liqa və Avropa Liqasının qalibi olan Oskar, Çində də üç çempionluq yaşayıb. 2025-ci ildə başladığı yerə - "San Paulo"ya qayıdan futbolçu Braziliya yığmasında 48 oyun keçirmişdi.
Oskar vida açıqlamasında bu sözləri qeyd edib:
"Məni dünyanın dörd bir yanına aparan karyeramı başladığım yerdə bitirirəm".


