Misli Premyer Liqasının XXVI turunda "Kəpəz" "Qəbələ"yə 0:2 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov fikirlərini bölüşüb:
"Aprel döyüşlərində canlarından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Oyuna gəldikdə isə məğlubiyyətsiz seriyanın qırılacağını, çox yaxşı 4 turdan sonra bir səhvin olacağını gözləyirdim. Meydanda rəqibin bizdən daha çox qələbə istədiyi hiss olunurdu. 2-ci hissədə buraxdığımız səhvlər qolla nıticələndi. Rəqibi təbrik edirəm. Çempionat davam edir, qarşıdakı oyunlara köklənəcəyik".


