​Dünən "Atletiko Madrid"in ev sahibliyi etdiyi "Metropolitano" stadionunda baş tutan qarşılaşmada xoşagəlməz hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, "Barselona" klubunun gənc ulduzu Lamin Yamal azarkeşlərin intensiv təhqirləri ilə üzləşib.

​Tribunalardan gənc futbolçunun ünvanına ağır ifadələr səsləndirilib. Şahidlərin və medianın yaydığı məlumatlara görə, azarkeşlər ona qarşı həm xarici görünüşü ilə bağlı, həm də irqçi xarakterli şüarlar səsləndiriblər:

​"Sən çox çirkinsən! Mərakeşə geri dön, rədd ol"

​Bu hadisə futbol dünyasında böyük narazılığa səbəb olub. İspaniya futbol rəsmilərinin və "Barselona" klubunun məsələ ilə bağlı araşdırma aparacağı və intizam tədbirləri görəcəyi gözlənilir.