Səudiyyə Pro Liqası təmsilçisi "Əl-Qadsiyə" ulduz futbolçunu heyətinə qatmaq üçün transfer bazarına səs salacaq bir addım atıb.
Offsideplus.az xəbər verir ki, klub "Barselona"nın yarımmüdafiəçisi Dani Olmo üçün rəsmi təklif hazırlasa da, ispaniyalı futbolçu karyerasını Avropada davam etdirməyə üstünlük verib.
Təklifin detalları isə olduqca cəlbedici idi:
- "Barselona"ya ödəniləcək məbləğ: 60 milyon avro
- Futbolçuya təklif olunan müqavilə: 4 mövsümlük
- Mövsümlük xalis maaş: 9.5 milyon avro
Lakin Dani Olmo bu sərfəli təklifi qətiyyətlə rədd edib. Məlumata görə, 27 yaşlı futbolçunun hazırkı planlarında yalnız "Barselona"da qalmaq və Hansi Flikin rəhbərliyi altında uğur qazanmaq yer alır.
Xatırladaq ki, Səudiyyə klubu ilə yanaşı, Premyer Liqa nəhəngi "Arsenal"ın da Olmonun vəziyyətini yaxından izlədiyi bildirilir. Lakin futbolçu hələlik Kataloniya paytaxtını tərk etmək niyyətində deyil.


