​"Liverpul" klubunun və Portuqaliya milli komandasının mərhum futbolçusu Dioqo Jotanın həyat hekayəsini əks etdirəcək bioqrafik kitabla bağlı maraqlı məlumatlar yayılıb.

Offsideplus.az xəbər verir ki, kitabın hazırlanmasında futbolçunun karyerasına və şəxsi həyatına yaxından bələd olan bir çox məşhur simanın iştirakı rəsmiləşib.

​Nəşrdə Jotanın uğur yoluna işıq tutacaq şəxslərin siyahısı aşağıdakı kimidir:

​Futbolçunun uşaqlıq illəri və xarakterinin formalaşması haqqında ən səmimi xatirələri ailəsi bölüşəcək:

  • İzabel və Joakim (Valideynləri)
  • ​Rud Kardoza (Həyat yoldaşı)
  • ​Fernando Silva (Babası)

​Onun istedadının kəşf edilməsində və cilalanmasında rolu olan mütəxəssislər:

  • Yurgen Klopp – Onu "Liverpul"a gətirən və dünya ulduzuna çevirən məşqçi.
  • ​Arne Slot – Mersisayd klubunun hazırkı rəhbəri.
  • ​Roberto Martines – Portuqaliya millisinin baş məşqçisi.

​Həm klub, həm də milli səviyyədə Jotanın çiyin-çiyinə mübarizə apardığı ulduzlar:

  • Vircil Van Dayk ("Liverpul")
  • ​Ruben Diaş ("Mançester Siti")
  • ​Bernardo Silva ("Mançester Siti")
  • ​Ruben Neveş ("Əl-Hilal")

​Bu kitab təkcə bir futbolçunun karyerasını deyil, həm də onun yaşıl meydanlardan kənardakı dünyasını oxuculara açacaq. Genişmiqyaslı layihənin Jotanın həm "Vulverhempton", həm də "Liverpul" azarkeşləri tərəfindən böyük maraqla qarşılanacağı gözlənilir.