Göygöl Olimpiya İdman Kompleksində qadın güləşçilərin Avropa çempionatına hazırlığı başa çatıb. 

Offsideplus.az xəbər verir ki, qadın güləşi üzrə yığmamız martın 22-dən Göygöldə təlim-məşq toplanışı keçirdi.

Aprelin 4-dək davam edən toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 12 güləşçi iştirak edib.