"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Kubokunun 1/4 finalında "Southampton"a gözlənilməz məğlubiyyətdən (1:2) sonra komandasını xarakter nümayiş etdirməyə çağırıb.
Offsideplus.az xəbər verri ki, zədəli ulduzları Deklan Rays və Bukayo Sakanın yoxluğunda zəif oyun sərgiləyən "topçular" müdafiədəki səhvlərin qurbanı olub. Matç zamanı braziliyalı müdafiəçi Qabriel Maqalhaes də dizindən zədələnərək meydanı tərk edib.
"Arsenal"ın qoluna Viktor Qyökereş imza atsa da, 85-ci dəqiqədə Şi Çarlzın vurduğu qol London klubunu turnirdən kənarlaşdırıb.
Arteta komandasının sönük və dağınıq oyunundan məyus olduğunu gizlətməyib:
"İlk qolu bizim üçün çox qeyri-adi şəkildə buraxdıq, ikincisi də birbaşa ötürmədən gəldi.
Uzaqdan atılan topları lazımi səviyyədə dəf edə bilmədik. Sadəcə topun keçib getməsinə icazə verdik. Bunu izah etmək çətindir, amma rəqibə də haqqını vermək lazımdır.
Cərimə meydançasının daxilində və ətrafında böyük üstünlüyə sahib idik. İki çox vacib şansımız var idi və onlardan yararlanmalıydıq. Lakin bu gün etdiyimiz müdafiə səhvlərini təkrarlasanız, yarımfinala yüksəlmək çox çətindir".


