Azərbaycan Kubokunda yarımfinal mərhələsi bu gün başlayır.

Offsideplus.az xəbər verir ki, ilk oyunda "Turan Tovuz" Sumqayıtda "Zirə"ni qəbul edəcək.

Görüş saat 17:30-da başlayacaq.

Qeyd edək ki, cavab oyunu aprelin 21-də baş tutacaq.

Azərbaycan Kuboku, yarımfinal ilk oyun

3 aprel (cümə)

17:30 “Turan Tovuz” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu