Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin üzvü Zeyd Nəsirulla klubunu dəyişib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi "Berliner"in klubunun U-19 komandasına keçib.
"Berliner” Bundesliqada Gənclər Liqasında çıxış edir.
Qeyd edək ki, Zeyd Nəsirulla bunadək "Herta Zelendorf”un U-19 komandasında forma geyinib.


