“Fənərbağça” səfərdə "Kocaelispor"un qonağı olub.
Offsideplus.az xəbər verir ki, onlar lider “Qalatasaray”ın "Kayserispor" üzərində 4:0 hesablı qələbəsindən sonra artan təzyiq altında meydana çıxsa da, rəqibini məğlub edərək xallarını 46-ya yüksəldib.
Liqada hələ də məğlub olmayan yeganə komanda olan sarı-lacivərlilər, zirvə yarışında lideri yaxından izləməyə davam edir.
"Kocaelispor" isə evdəki güclü performansına baxmayaraq istədiyi nəticəni əldə edə bilməyib və 24 xalda qalıb.
Bu qələbə ilə “Fənərbağça” 20 matçlıq məğlubiyyətsizlik seriyasını davam etdirib — 13 qələbə və 7 heç-heçə ilə ikinci yarıya güclü start verib.
"Kocaelispor" tərəfdən isə baş məşqçi Selçuk İnan üçün "Fənərbağça" qarşısındakı “qara seriya” davam edib. İnan fərqli komandalarla "Fənərbağça" qarşısında çıxış etdiyi 6 matçda da qələbə qazana bilməyib.



